Muxtar Babayev Münxen Təhlükəsizlik Konfransı zamanı yerli mediaya açıqlama verib

Muxtar Babayev Münxen Təhlükəsizlik Konfransı zamanı yerli mediaya açıqlama verib
# 17 fevral 2024 19:11 (UTC +04:00)

COP29-un Prezidenti təyin edilmiş Muxtar Babayev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “COPing Mechanism: Beynəlxalq İqlim Diplomatiyasının Perspektivləri” adlı panelin ardından Azərbaycan mediasının suallarını cavablandırıb.

APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, Muxtar Babayev panelin maraqlı keçdiyini qeyd edib.

“Mövzuya uyğun kifayət qədər sual səsləndirildi, biz də çalışdıq ki, Azərbaycana ünvanlanan suallara aydın şəkildə cavab verək. Hazırlıq çərçivəsində bizim üçün ümumilikdə maraqlı proses gedir, biz öyrənirik. Panel zamanı da qeyd etdik ki, ideya və maraqları dinləməyə hər zaman açığıq”.

Nazir sözgedən mövzuda ölkələrin Azərbaycan dəstək verdiyini vurğulayaraq, COP29-un ölkəmizdə maraqlı formatda keçiriləcəyinə inamını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR