Prezident: COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür

Prezident: COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür
# 13 mart 2024 18:03 (UTC +04:00)

Beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edən zaman bildirib.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyini uğurla başa çatdırdığını xatırladan dövlət başçısı vurğuladı ki, Azərbaycanın bu Hərəkata sədrliyi, müxtəlif beynəlxalq təşkilatlarda fəal rolu və təmsilçiliyi COP29-a sədrliyin də uğurla başa çatdırılması üçün əlverişli imkanlar yaradır.

Prezident İlham Əliyev Azərbaycanın bu tədbirə ev sahibliyi edərək qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə prosesinə və milli səviyyədə olan uğurlu addımları ilə yaşıl keçid prosesinə töhfə vermək əzminin və niyyətinin olduğunu qeyd etdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR