Prezident Kasım-Jomart Tokayev: “Azərbaycanın COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazanmasını alqışlayırıq”

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 10 mart 2024 10:35 (UTC +04:00)

“Biz Azərbaycanın MDB məkanındakı türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazanan ilk dövlət olmasını alqışlayırıq”.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən öncə APA-ya yazılı müsahibəsində bu fikri bildirib:

Prezident qeyd edib ki, hazırda üzləşdiyimiz bütün çətinliklərdən bəlkə də ən əhəmiyyətlisi iqlim dəyişikliyidir:

"Mərkəzi Asiya bu problemlə mübarizədə ön sıralarda yer alır. Hətta 2050-ci ilə qədər qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfinə çatsaq belə, hansı ki, getdikcə daha çətin görünür, biz Mərkəzi Asiyada 2 - 2,5 dərəcə temperatur artımı ilə üzləşəcəyik. Biz su ehtiyatlarının tükənməsi prosesindən narahatıq. Mərkəzi Asiyada quraqlıq və daşqınlar geniş miqyasda ziyan vuracaq və kənd təsərrüfatı sahəsinin məhsuldarlığı 30 faiz azalacaq. İqlim dəyişikliyinin yaratdığı risklərin nəticəsində 2050-ci ilə qədər təxminən 5 milyon daxili miqrant olacaq. Bu amillər birbaşa və ya dolayısı yolla dövlətlərimizin davamlı inkişafına ciddi təhlükə yaradır. Sizin də düzgün qeyd etdiyiniz kimi, regional prosesi gücləndirmək və birgə səyləri sürətləndirmək məqsədi ilə artıq 2026-cı ildə Qazaxıstanda BMT çərçivəsində Mərkəzi Asiya Regional İqlim Sammitinin keçirilməsi təşəbbüsü ilə ölkəmiz çıxış edib və biz Azərbaycanı əsas qonaqlar qismində görməkdən şad olarıq. İnanıram ki, bu təşəbbüs səmərəli iqlim siyasətinin irəliləməsinə kömək edəcək və Mərkəzi Asiya ölkələrində davamlı enerjiyə keçidi sürətləndirən investisiyaların cəlb edilməsini asanlaşdıracaq. Sammit regionda karbon tullantılarının azaldılması üçün birgə strategiyaların qəbuluna imkan verəcək. Ölkəmiz MDB məkanında ilk ölkələrdən biri kimi iri enerji, neft-qaz, sənaye, kimya və dağ-mədən sənayesi müəssisələrini özündə birləşdirən İstixana qazı emissiyaları üçün limit və ticarət sistemini işə salıb. Biz Azərbaycanın MDB məkanındakı türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazanan ilk dövlət olmasını alqışlayırıq. Bu baxımdan bizim qlobal miqyasda iri ekoloji tədbirlərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənmək üçün gözəl imkanımız var və lazımi yardımı göstərməyə hazırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR