Tovuzda avtoqəza zamanı 2 nəfər xəsarət alıb

Tovuzda avtoqəza zamanı 2 nəfər xəsarət alıb
# 24 yanvar 2020 01:40 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Keçid küçəsində qeydə alınıb.

Qəzada iki minik avtomobili toqquşub. Nəticədə 1992-ci il təvəllüdlü Ələsgərzadə Vahid Vaqif oğlu və 1998-ci il təvəllüdlü Allahyarov Anar Rasim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR