Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub
# 27 aprel 2024 17:17 (UTC +04:00)

Qayana, Surinam və Ekvadorun prezidentləri Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ("COP29") dəvət olunublar.

APA-nın məlumatına görə, bunu “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın adı çəkilən ölkələrdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Novruzov yazıb.

Səfir qeyd edib ki, həmin ölkələrin səfirlərinə dövlət başçılarına çatdırılması üçün Prezident İlham Əliyevin adından dəvət məktubları təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR