XİN rəhbərinin müavini Tokioda iqlim dəyişikliyinə dair görüşdə çıxış edib

XİN rəhbərinin müavini Tokioda iqlim dəyişikliyinə dair görüşdə çıxış edib
# 29 fevral 2024 16:52 (UTC +04:00)

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Yaponiyada səfərdədir.

APA xəbər verir ki, bu barədə COP29-un “X” sosial səhifəsində məlumat verilib.

Qeyd olunub ki, Yalçın Rəfiyev bu gün Tokioda keçirilən İqlim Dəyişikliyinə Qarşı Əlavə Fəaliyyətlərə dair 22-ci Görüşdə çıxış edib.

Nazir müavini hamı üçün davamlı və firavan gələcəyə dair ümumi baxışları çatdırmaq üçün əməkdaşlığa, artan öhdəliklərə və kollektiv fəaliyyətə ehtiyac olduğunu yenidən diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR