Bank Of Baku

Kriptobirjada əsas aktivlərdə artım davam edib

Kriptobirjada əsas aktivlərdə artım davam edib
# 21 sentyabr 2026 08:08 (UTC +04:00)

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində yüksəliş qeydə alınıb.

APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 1,20% bahalaşaraq 81 424,57 ABŞ dollarına yüksəlib.

“Ethereum” 2,98% artaraq 2 662,61 dollara, BNB 3,88% bahalaşaraq 777,31 dollara, “Zcash” 4,28% yüksələrək 1 516,08 dollara çatıb. “Monero”da artım daha yüksək olub – kriptovalyuta 8,96% bahalaşaraq 575,54 dollara yüksəlib. “Bittensor” 6,34%, “Bitcoin Cash” isə 3,84% dəyər qazanıb.

Qızıl əsaslı “PAX Gold” (PAXG) isə ümumi yüksəlişdən fərqli olaraq 0,05% ucuzlaşaraq 4 357,29 dollara enib.

“CoinMarketCap 20” indeksi son 24 saatda 1,93% artaraq 169,90 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,64 trln. dollara yaxınlaşıb.

Kriptovalyuta bazarındakı yüksəliş cümə günü başlayan bərpanın davamı kimi qiymətləndirilir. “Bitcoin” sentyabrın 18-də 5,9% bahalaşaraq 81 min dollara çatmışdı. Həmin vaxt neft qiymətlərinin geriləməsi inflyasiya ilə bağlı narahatlığı qismən zəiflətmiş və riskli aktivlərə marağı artırmışdı.

Bu gün də neftin ucuzlaşması və qlobal səhm bazarlarında müsbət dinamika risk iştahını dəstəkləyir. Bununla belə, FED-in sərt mövqeyi fonunda ABŞ istiqrazlarının gəlirliliyinin yüksək qalması yüksəlişi məhdudlaşdıra biləcək əsas amillərdəndir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR