Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 18% artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 18% artıb
# 29 noyabr 2013 12:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17,9% artaraq 615,8 mln. manata çatıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 47,7%-i hüquqi şəxs statuslu müəssisələrin, 52,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artaraq 288,4 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR