İranın Kiş adasında yenidən zəlzələ olub

İranın Kiş adasında yenidən zəlzələ olub
# 09 yanvar 2014 13:43 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün günorta saatlarında İranın Hörmüzqan vilayətində yenidən zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Kiş adasına təsadüf edib.

5 bal gücündə olan zəlzələ yanvarın 9-da Bakı vaxtı ilə saat 12:31-də yerin 10 km dərinliyində meydana gəlib. Təbii fəlakət Kiş adasından 24 km, Çarak limanından (Bəndər-e Çarak) 31 km və Hendorabidən 34 km uzaqlıqda baş verib. Dağıntı və itki yoxdur. Ancaq yerli sakinlərin qorxudan evlərini tərk etdiyi bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Kiş adasında 4.3 bal gücündə zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR