Bakıda beynəlxalq turizm sərgisi işə başlayıb - FOTOSESSİYA

Bakıda beynəlxalq turizm sərgisi işə başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 04 aprel 2013 08:34 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev qeyd edib ki, sərgidə iştirakçıların sayının ildən ilə artması Azərbaycanın turizm sahəsinin inkişafının düzgün istiqamətdə olduğundan xəbər verir, ölkə hökuməti sektorun inkişafı üçün lazımi tədbirləri həyata keçirir: «Əgər 2012-ci ildə Bakıda keçirilən turizm sərgisində 28 ölkə iştirak edirdisə, bu il iştirakçı ölkələrin sayı 35-ə çatıb».


Azərbaycanın Ümumdünya Turizm Təşkilatının fəal iştirakçılarından olduğunu deyən nazir onu da bildirib ki, növbəti illərdə ölkənin turizm sektoru daha da inkişaf etdiriləcək.


Qeyd edək ki, builki sərgiyə 35 ölkədən 250 şirkət qatılaraq öz məhsul və xidmətlərini nümayiş etdirir. Ötən illə müqayisədə sərgi iştirakçılarının sayı və ekspozisiyası 40%-dən çox artıb.


«AITF-2013» sərgisində Bolqarıstan, Kipr, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Sloveniya, Türkiyə və Misir milli stendlərlə çıxış edəcək, Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakodan olan turizm şirkətləri isə sərgidə ilk dəfə iştirak edərək öz xidmətlərini təklif edir. Eyni zamanda, sərgi çərçivəsində Azərbaycanın 21 rayonu da stendlərdə çıxış edərək məhsul və xidmətlərini nümayiş etdirir.


Bu sərgi ilə yanaşı «Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar» VII Qafqaz Beynəlxalq Sərgisi («HOREX-2013») də keçiriləcək. Bu sərgidə mehmanxana, restoran və supermarketlər üçün kompleks təchizat, ticarət köşkləri, mətbəx avadanlıqları, qəlyanaltı sistemləri, mehmanxana və restoranlar üçün mebel və bir çox digər avadanlıqlar nümayiş etdirilir.


Xatırladaq ki, sərgi Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilir və aprelin 6-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR