Bakı-2015: Estoniyanı ilk Avropa Oyunlarında 57 idmançı təmsil edəcək

Bakı-2015: Estoniyanı ilk Avropa Oyunlarında 57 idmançı təmsil edəcək
# 08 may 2015 18:28 (UTC +04:00)

Bakı-APA. Estoniya Olimpiya Komitəsi ölkəni “Bakı-2015” ilk Avropa Oyunlarında 57 idmançının təmsil edəcəyini açıqlayıb.

APA-nın “Bakı-2015”-ə istinadən məlumatına görə, Estoniya atletləri idmanın 12 növü üzrə yarışlarda iştirak edəcəklər. Estoniyalı idmançılar basketbol 3x3, velosiped idmanı, cüdo, atıcılıq, güləş, boks, çimərlik voleybolu, badminton, triatlon, üzgüçülük, qılıncoynatma və kamandan oxatma üzrə yarışlarda birincilik uğrunda mübarizə aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR