«Mobitel»dən alınan telefonların dəyərinin bir hissəsi SOS uşaq evlərinə ianə ediləcək

«Mobitel»dən alınan telefonların dəyərinin bir hissəsi SOS uşaq evlərinə ianə ediləcək
# 22 aprel 2013 11:07 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. «SOS Uşaq Kəndləri-Azərbaycan» Assosiasiyası ilə «Mobitel» şirkəti arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

«APA-Economics»in məlumatına görə, «Mobitel» şirkəti artıq 5 ildir ki, SOS uşaqlarına yardım etməkdədir. Belə ki, «SOS Uşaq Kəndləri-Azərbaycan» Assosiasiyasının qeyri-formal təhsil layihəsi olan “Şən avtobus” məhz Mobitelin sponsorluğu sayəsində minlərlə ehtiyac içində olan uşaq və ailələrə xidmət göstərməkdədir.

Bundan əlavə, şirkət «SOS Gənclər Evi»ndə yaşayan yeniyetmələrə də dəstək olur. Gənclər Evlərinin açılışı prosesində yaxından iştirak edən «Mobitel» bu gənclərin müstəqil həyatda öz yerlərini tutması istiqamətində də öz yardımını əsirgəmir. Hazırda gənclərdən 7 nəfəri şirkətdə işlə təmin olunaraq, ixtisasa yiyələnməkdədirlər.

Bu həftədən etibarən «Mobitel» şirkətinin «Evo store» mağazasında maraqlı satış kampaniyasına start verilib. Kampaniya zamanı satılmış telefonların dəyərinin 10%-i “Mobitel” şirkəti tərəfindən SOS uşaqlarına ianə ediləcək: «Beləliklə, həmin mağazadan alış-veriş edənlər bilavasitə xeyriyyəçilik prosesinə töhfə vermiş, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilməsi, dəstək verilməsində iştirak etmiş olacaqlar».

Füzuli küçəsi-49-da yerləşən «Evo Store» mağazasında aksiya hər həftə keçiriləcək. Həmin günlər mağazada SOS günləri olacaq. Bura gələnlər təşkilatın himayəsindəki gənclərlə və təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. SOS Uşaq Kəndlərinin dünəni və bu günü barədə filmlər nümayiş etdiriləcək, öz uşaqları ilə bərabər mağazaya gəlmiş alıcılara «Şən avtobus» tərəfindən maraqlı əyləncələr, üz üzərində rəsmlər (facepainting), oyunlarda iştirak etmək fürsəti yaranacaq, telefon alan hər bir kəsə isə sertifikat təqdim ediləcək, xatirə şəkilləri çəkdiriləcək. Sertifikatda təqdim edildiyi şəxsin «Evo Store» mağazasından məhsul almaqla SOS uşaqlarına yardım etməsi faktı təsdiq ediləcək.

«SOS Uşaq Kəndləri-Azərbaycan» Assosiasiyası ehtiyacı olan uşaq və ailələrə qayğı göstərən layihələrin gerçəkləşməsində iştirak etmiş bütün dost şirkətlərə, təşkilat və müəssisələrə, fərdi şəxslərə təşəkkürünü və sonsuz minnətdarlığını bildirir, satış aksiyasında - SOS günündə iştirak etməyə dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR