TİKA təmsilçisi: “Hədəfimiz Azərbaycanda körpə ölümü göstəricisini 7 faizə endirməkdir” - VİDEO

TİKA təmsilçisi: “Hədəfimiz Azərbaycanda körpə ölümü göstəricisini 7 faizə endirməkdir” - <span style="color: red;">VİDEO
# 27 dekabr 2014 13:38 (UTC +04:00)

Bakı-APA. “Əsas hədəfimiz Azərbaycanda körpə ölümü göstəricisini 7 faizə endirməkdir”. Bu sözləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıdakı nümayəndəsi Mustafa Haşim Polad APA TV-yə açıqlamasında deyib. O, bu qurum tərəfindən azərbaycanlı həkim və tibb işçilərinə keçirilən təlimin "Xoş gəldin körpə" adlı layihəsi çərçivəsində həyata keçirildiyini deyib. Layihədə məqsəd ana və uşaq sağlamlığının dəstəkləməsidir.

“Dünyada körpə ölümü göstəricisinin azaldılması inkişafın göstərici hesab edilir. Bütün dünyada hər min doğulan uşağın ölüm göstəricisinin 7 faiz olması bir standart olaraq qəbul edilib. İnkişaf etmiş ölkələrdə bundan yuxarı körpə ölümü olmamalıdır. Sovet dövründə Azərbaycanda 1000-də 74 olan faiz göstəricisi, hazırda 38 faizə düşüb. Amma rəqəm hələ də çox yüksəkdir, biz bu rəqəmi ən aşağıya - 1000 nəfərə 7 rəqəminə düşürməliyik”.

Türkiyənin artıq bu hədəfə çatdığını deyən Mustafa Haşim Poladın sözlərinə görə, onlar bu təcrübənin azərbaycanlı mütəxəssislərlə də bölüşdürməyin vacib olduğu qərarına gəliblər. Layihə çərçivəsində həm həkimlərə, həm də digər tibb işçilərinə təlimlər keçirilir. Uğurlu iştirakçılardan bəziləri fəaliyyətini hətta təlimçi olaraq davam etdirir.

Təlimə dəstək verən Azərbaycan Tibb Universitetinin Neonataloji kafedrasının müdiri Səfixan Əsədov bu tədbirin keçirilməsinin çox vacib olduğunu deyib.

"Perinatal ve neonatal ölüm körpə ölümünün əsas strukturunu təşkil edir. Belə təlimlər çox önəmlidir. Körpənin doğulduğu ilk saniyələr çox önəmlidir, bu baxımdan bu tədbirlərə əhəmiyyət veririk”.

İki günlük təlimin son günü 27 nəfər həkim, neonatoloq, tibb işçiləri sertifikat alıblar. Tibb işçiləri üçün təlimlər Tovuz, Qazax, Şəmkir və ətraf rayonlarda davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR