Elşad Miraləm: “Müəyyən strategiya yürütmədən uğur qazanmaq olmaz” - VİDEO

Elşad Miraləm: “Müəyyən strategiya yürütmədən uğur qazanmaq olmaz” - <span style="color: red;">VİDEO
# 09 oktyabr 2014 16:11 (UTC +04:00)

Bakı-APA. Bu fikirləri APA TV-də efirə gedən “Manşet” proqramının qonağı, Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan diasporu işini daha da genişləndirib: “Zaman keçdikcə diasporun işində sürətli irəliləyiş var. Əvvəllər azərbaycanlılar diaspor işində aktiv deyildi, amma indi bu fəallıq hiss olunur. Bu gün dünyanın müxtəlif ölkələrində minlərlə azərbaycanlı yaşayır, onların maraqlarını eyniləşdirmək, ortaq məxrəcə gətirmək lazımdır. Harada yaşamasından, hansı təşkilatda olmasından asılı olmayaraq hər bir azərbaycanlı eyni fikirləri bölüşməlidir. Təbii ki, diasporun əsas fəaliyyət istiqamətlərindən biri də imic məsələsidir. Azərbaycan dövlətinin imicinə xələl gətirən hər bir şeyə qarşıyıq. Bir mesajımız kifayətdir ki, Azərbaycan diasporunun nümayəndələri Azərbaycanın maraqlarını müdafiə etsinlər. 5-10 il əvvələ nisbətən indi soydaşlarımızı səfərbər etmək daha asandır. Əlbəttə ki, dünyanın müxtəlif ölkələrində Azərbaycanın milli maraqlarını qorumağa, tarixini, mədəniyyətini təbliğ etməyə hər zaman ehtiyac var. Hesab edirik ki, əlaqələri daha da genişləndirmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR