“Avro-2012”-nin “C” qrupundakı matçda İspaniya millisi İrlandiya yığmasını darmadağın edib

“Avro-2012”-nin “C” qrupundakı matçda İspaniya millisi İrlandiya yığmasını darmadağın edib
# 14 iyun 2012 22:36 (UTC +04:00)
Bakı-APA. “Avro-2012”-nin “C” qrupunun ikinci turun matçında İspaniya komandası İrlandiya yığmasına 4:0 hesabla qalib gəlib.
APA-nın verdiyi xəbərə görə, Polşanın Qdansk şəhərinin “PGE Arena” stadionunda keçirilən matçda hesabı 4 dəqiqədə ispaniyalı Fernando Torres açıb. 48-ci dəqiqədə Silva İspaniya yığmasının ikinci qolunu vurub. Oyunun 70-ci dəqiqəsində Fernando Torres hesabı 3:0 çatdırıb. Bundan 12 dəqiqə sonra Fransesk Fabreqas ispanların 4-cü qolunu vurub.
Xatırladaq ki, bu qrupun digər matçında Xorvatiya İtaliya ilə heç-heçə oynayıblar 1:1.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR