Xaçmazda yaşayış evində qaz sızmasından partlayış olub

Xaçmazda yaşayış evində qaz sızmasından partlayış olub
# 04 fevral 2012 18:58 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Fevral ayının 4-ü axşam saatlarında Xaçmaz rayonunda yanğın baş verib. Yanğın Xaçmaz rayonun Xudat şəhərində qeydə alınıb. Xudat şəhər sakini 1968-ci il təvəllüdlü Teymur Əlgülməmmədoğlu Əliyeviçə məxsus fərdi yaşayış evi yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın baş verdiyi zaman evdə 6 ailə üzvü olub. Onlar evdən çölə çıxdıqdan sonra partlayış baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, yaşayış evində partlayış yanğın baş verdikdən sonra qaz sızması nəticəsində qeydə alınıb. 196 kvadratmetrlik yaşayış evi əşyaları ilə birlikdə yanaraq külə dönüb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR