Azərbaycanda iqtisadi artım tempi 0,3% təşkil edib

Azərbaycanda iqtisadi artım tempi 0,3% təşkil edib
# 15 may 2012 11:35 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ÜDM-in 68,5%-i məhsul istehsalı, 25,3%-i xidmət sahələrində yaradılıb, 6,2%-i isə məhsula və idxala xalis vergilər təşkil edib.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 9,5% artıb, neft-qaz sektorunda isə 6,4% azalıb.

Orta hesabla ölkənin hər bir sakininə düşən ÜDM-in həcmi 1 820 manata və ya 2 314,6 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ÜDM 4,6% artaraq 59,3 mlrd. dollara çatacaq. Adambaşına düşən ÜDM-in həcmi isə 6 min dollardan çox olacaq.

Eyni zamanda Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, bu il iqtisadi artım 3%-ə çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR