AGBI indeksi 1,0016, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0016, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 15 oktyabr 2012 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0015 bənd və ya 0,2% artaraq oktyabr ayının 15-nə 1,0016 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1182 bənd və ya 10,6% azalıb və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

AGBI indeksinin artması bazar kapitallaşmasının artması ilə bağlı olub. Belə ki, oktyabrın 12-də dövlət istiqrazlarının bir buraxılışı dövriyyədən çıxarılıb, bir buraxılışı isə yerləşdirilib və yerləşdirmənin həcmi daha yüksək olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR