Ukrayna Azərbaycanlıları Konqresi sədrliyinə seçkilər keçiriləcək

Ukrayna Azərbaycanlıları Konqresi sədrliyinə seçkilər keçiriləcək
# 28 iyun 2012 09:34 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İyulun 7-də Ukrayna Azərbaycanlıları Konqresi sədrliyinə seçkilər keçiriləcək. APA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında bildirib. N. İbrahimov Skandinaviya ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında mövcud olan narazılıqlar barədə deyilənlərə də münasibət bildirib. O, bu məsələlərin hamısının komitənin nəzarəti altında olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR