Salyanda baş verən yol qəzasında iki avtomobil yanıb, sürücülərdən biri ağır yanıq xəsarəti alıb

Salyanda baş verən yol qəzasında iki avtomobil yanıb, sürücülərdən biri ağır yanıq xəsarəti alıb
# 23 iyul 2012 12:43 (UTC +04:00)
BDYPİ-dən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gecə Ələt-Astara magistral yolunun 93-cü kilometrliyində, Salyanın Şorsulu kəndi ərazisində baş verib. Hərəkətdə olan “Mersedes” markalı avtomobil əks istiqamətdən gələn “Qazel” markalı avtomobilin benzin bakına çırpılıb. Nəticədə preslənmiş ot bağlaması ilə yüklü olan “Qazel” markalı maşın alovlanıb. Alovun əhatə dairəsi genişlənərək hər iki maşına keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülsə də 3,5 ton ot bağlaması ilə yüklü olan “Qazel” və “Mersedes” markalı avtomobillər tamamilə yanaraq yararsız hala düşüb. “Qazel”in sürücü Neftçalanın Qırmızıkənd sakini İqdam Aləddin oğlu Abdinov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin onun vəziyyəti ağır olduğundan təcili olaraq Bakı şəhərinə göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat idarəsində araşdırmalar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR