Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Malley Azərbaycanda səfərdədir.
APA-nın xəbərinə görə, bu barədə R. Malley “Twitter”də bildirib.
O, Azərbaycanda rəsmi şəxslərlə, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşlər keçirdiyini qeyd edib.
R. Malley Bakıdan sonra Yerevana səfər edəcəyini vurğulayıb.