Ağdamın Quzanlı qəsəbəsində top mərmiləri aşkarlanıb

Nazirlər Kabineti  Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə operativ məlumat yayıb.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində 4 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

 

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. ANAMA mütəxəssisləri tərəfindən ərazidə su kanalına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (3 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş mərmilərin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:11 22 Aprel
09:07 22 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celilabadda 42 min ehalinin yasadigi kendlerin yollari yeniden qurulur
    Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenid...
  • bakida iii socar beynelxalq forumu kecirilir
    Bakıda III SOCAR Beynəlxalq Forumu keçirilir
bakida iii socar beynelxalq forumu kecirilir bakida iii socar beynelxalq forumu kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 23 Aprel, 2018

USD
1.7
 
EUR
2.0862
 
RR
0.0278