Həmsədrlər nazirlərin Brüssel görüşünün yekunları ilə bağlı bəyanat yayıb

hemsedrler nazirlerin brussel gorusunun yekunlari ile bagli beyanat yayib

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ötən gün Brüsseldə keçirilmiş görüşü ilə bağlı bəyanat  yayıb.

 

APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, həmsədrlər ilin sonunda prezidentlər arasında yüksək səviyyəli görüşün təşkili üçün öz köməklərini təklif ediblər.

 

Bəyanatda deyilir ki, ATƏT-in  Minsk qrupunun həmsədrləri (İqor Popov, Stefan Viskonti və Riçard Hoqland) iyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov  və Edvard  Nalbaldyan ilə görüş keçirib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı gələcəkdə görüləcək işlərin formatı müzakirə olunub. Görüşdə həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

 

Açıqlamada deyilir ki, nazirlərin görüşü zamanı təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub. İki ölkə xarici işlər nazirləri bu ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində görüşməyə razılıq  veriblər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bank standard in kecmis rehberinin baresinde cinayet isinin istintaqi dayandirilib
    “Bank Standard”ın keçmiş rəhbərinin barəsində cinayət işinin...
  • muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib
    Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlə...
muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ