AVCİYA Ermənistanın BMT-yə təqdim etdiyi hesabata alternativ sənəd verib

avciya ermenistanin bmt ye teqdim etdiyi hesabata alternativ sened verib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Ermənistanın BMT-yə təqdim etdiyi hesabata alternativ hesabat verib.

 

AVCİYA-dan APA-ya verilən məlumata görə, 24 aprel - 12 may tarixlərində BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi Komitəsində Ermənistanın 2010-2015-ci illər üçün dövrü hesabatı müzakirə ediləcək.

 

“Ermənistan dövləti bu hesabatında İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında BMT Konvensiyasının tələblərinin təmin edilməsi vəziyyəti – qaçqınlar, milli azlıqlara qarşı ayrı-seçkilik, dini tolerantlıq və sair barədə məlumat verib. Lakin həmişə olduğu kimi, bu hesabatda da Ermənistan öz yalanları ilə, mövcud duruma müsbət don geyindirməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır”, - deyə AVCİYA-dan bildirilib.

 

AVCİYA Ermənistanın adıçəkilən hesabatına alternativ hesabat hazırlayaraq 6 (İngilis, Rus, İspan, İtalyan, Ərəb, Fransız) dildə BMT-yə təqdim edib. AVCİYA-nın bu hesabatında Ermənistanın növbəti yalanları, saxtakarlıqları ifşa edilib və hesabat artıq BMT-nin rəsmi internet resursunda yerləşdirilib.

 

Hesabatda bildirilir ki, Ermənistan öz hesabatının Azərbaycan ilə münasibətlərə aid hissələrində tarixi faktları saxtalaşdırıb. “Avropa Şurası Parlament Assambleyasının 2016-cı ilin yanvar sessiyasında qəbul etdiyi “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı 2085 (2016) saylı qətnamə Ermənistan dövlətinin Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal etməsi faktını təsdiq edir. Ermənistan Respublikası işğal edilmiş ərazilərdə etnik təmizləmə, mülki əhalinin kütləvi qətliamları, digər beynəlxalq cinayətlərə və məsul şəxslərin hüquqi məsuliyyətə cəlb etməməyə görə birbaşa cavabdehlik daşıyır. Ermənistan 2085 saylı qətnamədə vurğulanan, işğal altındakı Sərsəng su anbarı vasitəsilə Azərbaycana “ekoloji təcavüz”, digər etnik qrupa - azərbaycanlılara qarşı edilən humanitar, mənəvi, iqtisadi, ekoloji və bioloji təhdidlər edir”, - deyə hesabatda bildirilir.

 

Həmçinin göstərilir ki, Ermənistan qonşu ölkənin ərazisində apardığı hərbi əməliyyatlara və insanların etnik əsaslarla öldürülməsinə, bu qəbildən olan şəxslərin əsirlikdə saxlamaqla, onlar barədə məlumat verməməklə, onlara qarşı zorakılıq, qeyri-insani rəftar tətbiq edilməsinə görə məsuliyyət daşıyır: “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazisində Suriya, İraq, Livan və digər yerlərdən olan qaçqınların qanunsuz olaraq yerləşdirilməsi siyasəti və tədbirləri BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi Konvensiyanın tələblərinin birbaşa pozulmasıdır. Daimi yaşayış yerlərindən məcburi köçürülmüş (deportasiya olmuş) azərbaycanlıların və digər etnik qrupların Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərinə və Ermənistanın Respublikasının ərazisinə qayıtmasının qarşısının alınmasına görə Ermənistanın siyasi hakimiyyəti məsuliyyət daşıyır. Ermənistan azərbaycanlılara məxsus dini ocaqları və tarixi abidələri dağıdır, mənşəyini saxtalaşdırır. Ermənistan ərazisində irqi ayrı-seçkiliyi təşviq edən siyasi təşkilat fəaliyyət göstərir, 2011-ci ildə BMT-nin həmin təşkilatın qanuni yolla kənarlaşdırılması barədə çağırışına da Ermənistan dövləti tərəfindən məhəl qoyulmayıb”.

 

AVCİYA-nın təqdim etdiyi hesabatda sadalanan məsələlərlə bağlı BMT Komitəsinə Ermənistan dövləti tərəfindən izahat verilməsi tələb edilir. Bildirilir ki, BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi komitəsi Ermənistandan azərbaycanlılara və etnik mənsubiyyəti fərqli olan digər qruplara irqə görə ayrı-seçkiliyi aradan qaldırmağı, irqə görə nifrət siyasətinə son qoymasını və buna aparan istənilən ictimai təşəbbüsün pislənməsini və qarşısının alınmasını tələb etməlidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ