Əli Əkbər Vilayəti: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

eli ekber vilayeti qarabag munaqisesinin herbi yolla helli yoxdur

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”. 

 

Bu sözləri İranın ali lideri, ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti gələn həftə Tehranda keçiriləcək “Əhli-beyt (ə) aşiqləri və təkfirçilik məsələsi” mövzusunda konfransa həsr olunmuş mətbuat konfransında APA-nın sualına cavabında deyib.
 

Ə. Ə. Vilayəti bildirib ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə öz həllini tapmalıdır: “Biz Qarabağ məsələsinin həlli üçün siyasi danışıqları alqışlayırıq. Ümid edirik ki, regionun problemlərindən olan bu problem tezliklə danışıqlar yolu ilə öz həllini tapacaq”.


Ə. Ə. Vilayəti İran, Rusiya və Azərbaycan prezidentlərinin Tehran görüşünə toxunaraq hər növ regional əməkdaşlığı alqışladıqlarını söyləyib: “Həm Rusiya, həm də Azərbaycan bizim qonşumuzdur. Eyni zamanda, Azərbaycanla İranı bir-birinə bağlayan çoxlu tellər var. Çox az ölkə var ki, Azərbaycan və İran qədər mədəni, dini və tarixi müştərəkliyə sahib olsun. Bu səbəbdən həm Azərbaycan, həm də Rusiya ilə görüşlərin keçirilməsi çox faydalıdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 19 Fevral
Video
09:04 19 Fevral
10:47 18 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ucarda evleri su basib fotosessiya
    Ucarda evləri su basıb - FOTOSESSİYA
  • sabahdan bayildaki surusme zonasinda yasayan 67 aileye kiraye haqlari verilecek
    Sabahdan Bayıldakı sürüşmə zonasında yaşayan 67 ailəyə kiray...
sabahdan bayildaki surusme zonasinda yasayan 67 aileye kiraye haqlari verilecek sabahdan bayildaki surusme zonasinda yasayan 67 aileye kiraye haqlari verilecek +2
MƏZƏNNƏ
FOREX
/ 19 Fevral, 2018

USD
1.7001
 
EUR
2.1108
 
RR
0.0301