Fuad İsgəndərov: “Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının səsi daha ucadan gəlməlidir”

fuad isgenderov dagliq qarabag munaqisesinin hellinde avropa ittifaqinin sesi daha ucadan gelmelidir

“Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı, qaçqın və məcburi köçkünlərin olması Azərbaycan üçün böyük problemdir. Biz dialoq vasitəsilə həll yolu tapmağa cəhd edirik. Lakin danışıqlar prosesinə cəlb olunmuş ölkələrin məqsədləri fərqlidir”.

 

Bu sözləri “EurActiv” portalına müsahibəsində Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov deyib.

 

Səfir bildirib ki, Ermənistan status-kvonu saxlamaq istəyir, digərləri isə bu vəziyyəti dəyişməyə çalışırlar, çünki “Şərq Tərəfdaşlığı”na üzv ölkələrdən birinin digərinin ərazisini zəbt etməsi tamamilə qəbuledilməzdir: “Fikrimcə, Avropa İttifaqının səsi bu məsələdə daha ucadan gəlməlidir. İndiyədək Avropa İttifaqı rəsmiləri və qurumları tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirən xeyli sayda qətnamələr və bəyanatlar qəbul olunub. Həm Aİ tərəfindən qəbul edilən yeni Qlobal Strategiyada, həm noyabrda keçirilmiş Xarici İşlər Şurasının nəticələrində də açıq-aşkar bəllidir ki, ittifaq Aİ-yə daxil olan və olmayan bütün ölkələrin ərazi bütovlüyü və suverenliyinə dəstək verir. Bu, bizim üçün çox önəmlidir. Digər ölkələrin nümunələrində, məsələn, Gürcüstan və Moldovada münaqişələrin həllinə Aİ birbaşa cəlb olunsa da, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində o, bu rolu oynamır. Lakin istərdik ki, Aİ-nin beynəlxalq hüquqa uyğun dəqiq mövqeyinin şahidi olaq. Sevindirici haldır ki, indi biz bunu görə bilirik”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycandilli mektebler ucun ders vesaitleri gurcustanin tehsil nazirliyine teqdim olunub
    Azərbaycandilli məktəblər üçün dərs vəsaitləri Gürcüstanın T...
  • cexiya azerbaycanla enerji sahesinde emekdasligi genislendirmek niyyetindedir
    Çexiya Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndir...
cexiya azerbaycanla enerji sahesinde emekdasligi genislendirmek niyyetindedir cexiya azerbaycanla enerji sahesinde emekdasligi genislendirmek niyyetindedir +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ