“İşğal altında: Şuşa. Qisas” kompüter oyununun təqdimatı keçirilib

Bakıda “İşğal altında: Şuşa. Qisas” kompüter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən oyunun yaradıcı qrupu – “AzDimension” şirkətinin rəhbəri Fərid Haqverdiyev bildirib ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq və buna sübut kimi, bu oyunun yaradılmasını da göstərmək olar. O deyib ki, "İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır və burada hadisələr Şuşa şəhərində baş verir. F. Haqverdiyev qeyd edib ki, oyunda Azərbaycan əsgərinin timsalında işğal altındakı torpaqlarına qayıdan döyüşçü düşməndən qisas alır: "Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənib və inkişaf etdirilib. Oyun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDimension” şirkəti tərəfindən hazırlanıb”.

 

Bu ilin sonunda isə macəra-triller janrında qurulan “Sonuncu dalan” kompüter oyunun istifadəyə verilməsi nəzərdə tutulur.

 

Sonra "Şuşa" kitabının təqdimatı olub. Qeyd edilib ki, "Qarabağı tanı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə 3D formatda hazırlanan “Şuşa" kitabı uşaq və gənclərin Şuşada yerləşən tarixi və mədəniyyət abidələri haqqında ətraflı məlumat əldə etməsinə imkan yaradır. Kitabda Şuşa qalası, Natəvan bulağı, Gövhər-ağa məscidi, Karvansaray və digər abidələr öz əksini tapıb.

 

Gənclər və idman naziri Azad Rəhimov çıxışında Şuşa haqqında həyata keçirilən layihənin çox vacib olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan uşaqları və gəncləri Qarabağın tarixini mütləq bilməlidir: "Onlar inanmalıdır ki, işğal altındakı torpaqlarımız geri qaytarılacaq və biz orada quruculuq işləri aparacağıq. Digər tərəfdən, çox sevindirici haldır ki, bu gün Azərbaycanda İKT sahəsi sürətlə inkişaf edir. Mən ümid edirəm ki, çox adam bu oyundan istifadə edəcək və həm də bu oyun vasitəsilə onlarda vətənpərvərlik hissi oyanacaq. Burada bizim əsas məqsədimiz Qarabağ problemini dünyaya çatdırmaq və bu istiqamətdə dəstək almaqdır".

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da çıxış edərək kompüter oyununun Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına mühüm rol oynayacağını qeyd edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:15 16 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanin energetika naziri seudiyye erebistaninda bir sira gorusler kecirib
    Azərbaycanın energetika naziri Səudiyyə Ərəbistanında bir sı...
  • xalq artisti cingiz sadixov defn olunub yenilenib 1
    Xalq artisti Çingiz Sadıxov dəfn olunub - YENİLƏNİB-1
xalq artisti cingiz sadixov defn olunub yenilenib 1 xalq artisti cingiz sadixov defn olunub yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 16 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0859
 
RR
0.0302