İspaniyanın "La Razon"qəzetində" 2 yaşlı Zəhranın ölümü ilə bağlı məqalə dərc olunub

ispaniyanin la razon qezetinde 2 yasli zehranin olumu ile bagli meqale derc olunub

İspaniyanın “La Razon” qəzetində “Azərbaycanla Ermənistan arasındakı sərhəddə gərginlik artır: Rəsmi Bakı Füzulidə iki insanın ölümünə səbəb olan son hücumu pisləyir” adlı məqalə dərc olunub.

APA-nın xəbərinə görə, məqalədə iyulun 4-də baş verən dəhşətli faciədən - Ermənistan silahlı qüvvələrinin 82 və 120 millimetrlik minomyotlardan və dəzgahlı qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyevanın və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması faktından danışılır.

Məqalədə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasına istinad edilir, Ermənistan silahlı qüvvələrinin bu təxribatının vandalizm aktı olaraq, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyi vurğulanır. Cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və yaşlıların olduğu azərbaycanlı mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və hədəflənən hücumların edilməsinin sistematik xarakter daşıdığı və Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa yönələn hücumlarının, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulduğu bildirilir. Məqalədə eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfinin azərbaycanlı mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atdığı, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğunun münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olduğu qeyd olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bank standard in kecmis rehberinin baresinde cinayet isinin istintaqi dayandirilib
    “Bank Standard”ın keçmiş rəhbərinin barəsində cinayət işinin...
  • muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib
    Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlə...
muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ