Rusiya prezidenti yanında İP-nin üzvü: “Qarabağda müharibə başlasa, Rusiya, Gürcüstan və Türkiyə də cəlb olunacaq”

rusiya prezidenti yaninda ip nin uzvu qarabagda muharibe baslasa rusiya gurcustan ve turkiye de celb olunacaq

"Azərbaycan və Ermənistan böyük silah potensialına, aviasiya və artilleriyaya malikdir".

APA-nın məlumatına görə, bunu Bakıda "Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Sülhməramlılıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları” mövzusunda paneldə Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Birliyinin, prezident yanında İctimai Palatanın üzvü, “Qafqaz siyasəti” portalının baş redaktoru Maksim Şevçenko deyib. 

M. Şevçenko bildirib ki, ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər Azərbaycan və Ermənistana eyni silahları satırlar və bununla da balansı qoruduqlarını iddia edirlər: “Ermənistan və Azərbaycan arasında müharibə başlasa, münaqişəyə Rusiya, Gürcüstan, o cümlədən Türkiyə cəlb olunacaq. İslam həmrəyliyi, cihad çağırışları, digər tərəfdən, xristian həmrəyliyi çağırışları səslənəcək. Münaqişənin proqnozlaşdırılmayan nəticələri ola bilər. Radikal addım, müharibə terrorizmin inkişafına şərait yaradar. Bu gün biz Suriyada, İraqda bunu görürük”.

A. Şevçenko deyib ki, regionda Qərbin təsirinin artmasında maraqlı olmayan üç dövlətdən ibarət Rusiya-Türkiyə-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən münasib formatdır: “Bu gün Azərbaycana özünü qardaş sayan Türkiyəyə Avropada təhqiramiz münasibət bəslənir, Rusiya və İran isə “şər oxları” kimi təqdim olunur. Bəs kim yaxşıdır?! Bu gün konyuktura dəyişir. Faciəli müharibə nəticələri görmək istəməyənlər bunu anlamalıdırlar. Biz müharibə ritorikasından sülh ritorikasına keçməliyik. Qərb Qarabağ münaqişəsinin həllində, Qafqazda sülhdə maraqlı deyil”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
  • neftcalada pambiq sahesinde yangin olub
    Neftçalada pambıq sahəsində yanğın olub
neftcalada pambiq sahesinde yangin olub neftcalada pambiq sahesinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ