Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev: “Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələr intensivləşir”

Azərbaycan prezidenti İlham Əliyev: “Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələr intensivləşir”
# 30 iyun 2008 13:39 (UTC +04:00)
APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, İ. Əliyev bu ilin may ayında Kiyevə rəsmi səfərini xatırladaraq Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin intensivləşdiyini qeyd edib: “Gündəlikdə duran ikitərəfli məsələlər hər iki dövlətin milli maraqlarına uyğun olaraq razılaşdırılır”. Ukrayna prezidenti Viktor Yuşşenko iki ölkənin həyata keçirmək niyyətində olduğu birgə enerji layihələrində pozitiv irəliləyişlərin olduğunu deyib: “Mən praktiki müstəviyə keçən enerji layihələrinin irəliləməsindən məmnunam”. Viktor Yuşşenko bu gün Bakıda böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışını mühüm hadisə adlandırıb. Danışıqlarda Ukrayna tərəfindən xarici işlər naziri Vladimir Oqrızko, mədəniyyət və turizm naziri Vasili Vovkun, prezidentin ofisinin rəhbəri Ruslan Demçenko, prezidentin katibliyinin başçısının müavini Aleksandr Çalıy, “Ukrspeseksport” dövlət şirkətinin baş direktoru Sergey Bondarçuk iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR