Bank Of Baku

Müsavat Partiyası kütləvi aksiyaları davam etdirməklə bağlı qərar qəbul edib

Müsavat Partiyası kütləvi aksiyaları davam etdirməklə bağlı qərar qəbul edib
# 30 iyun 2008 14:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası kütləvi aksiyaları davam etdirməklə bağlı qərar qəbul edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, Divanın bu gün keçirdiyi iclasında kütləvi tədbirlərin keçirilməsi yerli strukturlara həvalə edilib. Onun sözlərinə görə, bununla bağlı rayon təşkilatları məsləhətləşmələr aparıb uğurlu bir vaxtda və yerdə aksiyalar keçirəcəklər. Aksiyalarda həm Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə etiraz ediləcək, həm də sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələb olunacaq. A. Hacılı partiya Nizamnaməsinə görə, iyunun sonunda Müsavat Məclisinin toplantısının keçiriləcəyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR