Bank Of Baku

Milli Məclisin növbəti iclası iyulun 4-də keçiriləcək

Milli Məclisin növbəti iclası iyulun 4-də keçiriləcək
# 30 iyun 2008 14:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Milli Məclisin növbəti iclası iyulun 4-də keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Azərbaycanla Moldova, Litva və Qatar dövlətləri arasında imzalanmış bir sıra sazişlər ratifikasiya olunacaq, “Konstitusiya Məhkəməsi haqqında” qanuna əlavələr, “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik, Torpaq Məcəlləsinə əlavə və dəyişiklik ediləcək. Mətbuat xidmətindən bunun parlamentin yaz sessiyasının sonuncu iclası olub-olmadığı barədə məlumatları olmadığını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR