Bank Of Baku

Etibar Məmmədov Fransada bəzi xarici ölkələrin rəsmi şəxsləri ilə görüşlər keçirib

Etibar Məmmədov Fransada bəzi xarici ölkələrin rəsmi şəxsləri ilə görüşlər keçirib
# 30 iyun 2008 15:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Fransada səfərdə olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bəzi xarici ölkələrin rəsmi şəxsləri ilə görüşlər keçirib. AMİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, E. Məmmədov Tayvanın vitse-prezidenti, Kanadanın hakim Mühafizəkar Partiyasının sədr müavini, Xorvatiyanın baş naziri İvo Sander, Makedoniyanın baş naziri Nikola Qruyevski və Avstraliyanın sabiq baş naziri Con Hovardla görüşüb. Görüşlərdə beynəlxalq sülhə təhlükə törədən amillərin aradan qaldırılması, regional münaqişələrin həlli yolları, fundamental azadlıqların qorunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. E. Məmmədov bildirib ki, işğala məruz qalan bir dövlət olaraq Azərbaycanın haqq səsi beynəlxalq ictimaiyyət tərəfindən eşidilməli və təcavüzkara qarşı sərt mövqe nümayiş etdirməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR