Bank Of Baku

Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri başa çatıb - FOTOSESSİYA

Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 01 iyul 2008 07:46 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Ukrayna prezidenti Viktor Yuşşenko konsert proqramını izləyiblər. Tədbirdə Ukrayna incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olunub. Konsertdən sonra filarmoniyanın foyesində Azərbaycan Prezidenti İlham Əliyevə Taras Şevçenkonun Bakıda ucaldılmış abidəsinin maketi təqdim olunub. Abidənin müəllifi, ukraynalı heykəltəraş İqor Qreçanik bildirib ki, azadlıq mübarizi Taras Şevçenkonun abidəsinin maketinin Azərbaycan prezidentinə təqdim olunması rəmzi xarakter daşıyır. Taras Şevçenkonun Bakıda abidəsinin açılmasını əlamətdar hadisə adlandıran dövlət başçısı uğurlu işinə görə müəllifi təbrik edib. Bununla da Ukrayna prezidentinin Azərbaycana bir günlük işgüzar səfəri başa çatıb. Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Ukrayna prezidentləri arasında təkbətək görüş keçirilib. Görüşdən sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Tərəflər Ukraynada Azərbaycan, Azərbaycanda isə Ukrayna məktəbinin açılması və digər müzakirə olunan məsələlər barədə razılığa gəliblər. Danışıqlar başa çatdıqdan sonra hər iki ölkənin dövlət başçıları mətbuat nümayəndələri üçün brifinq keçiriblər. Brifinqdə Ukrayna ilə Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində çatdığı və getdikcə daha da intensivləşdiyi qeyd olunub. Daha sonra prezidentlər Bakıda Taras Şevçenkonun abidəsinin açılış mərasimində iştirak ediblər. Qeyd edək ki, Ukrayna prezidenti Viktor Yuşşenko GUAM-ın 3-cü sammitində iştirak etmək üçün bu gün Bakıdan Batuma yola düşəcək.








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR