Bank Of Baku

İyulun sonunda Bakıda Xəzərin hüququ statusu üzrə işçi qrupun iclası keçiriləcək

İyulun sonunda Bakıda Xəzərin hüququ statusu üzrə işçi qrupun iclası keçiriləcək
# 01 iyul 2008 08:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İyul ayının sonunda Bakıda Xəzərin hüququ statusu üzrə işçi qrupun növbəti iclası keçiriləcək. APA-nın məlumatına görə, iclasda Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edəcək. Görüşdə Xəzərin statusu haqqında Konvensiyanın mətni üzərində müzakirələr aparılacaq. Bakıda Xəzərin təhlükəsizliyinə dair xüsusi konfrans keçirilməsi barədə Tehran sammitinin qərarına uyğun olaraq təhlükəsizlik məsələlərinə dair bütün təkliflər ümumiləşdiriləcək, onun əsasında vahid layihə hazırlanacaq. Təhlükəsizlik məsələlərinə Xəzər dənizində müxtəlif qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması terrorçuluq, qaçaqmalçılıq, silah alveri, insan alveri, Xəzəryanı ölkələrin təhlükəsizliyi məsələləri, dənizdə aparılan fəaliyyətlərin təhlükəsizliyi, Xəzərdə mineral ehtiyatların hasilatı ilə məşğul olan şirkətlərin sərmayələrinin təhlükəsizliyi və digər məsələlər aiddir. İşçi qrupun iclasında təhlükəsizlik üzrə konfransın tarixi də müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR