Bank Of Baku

Azərbaycan İslam Partiyasının sədri: “Partiyamızın qeydiyyata alınmaması seçkilərdə iştirakımıza mane olur”

Azərbaycan İslam Partiyasının sədri: “Partiyamızın qeydiyyata alınmaması seçkilərdə iştirakımıza mane olur”
# 01 iyul 2008 09:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisinin sessiyası iyulun sonuncu həftəsində keçiriləcək. AİP sədri Mövsüm Səmədov APA-ya bildirib ki, yığıncaqda partiyanın prezident seçkisində fəaliyyətinə aydınlıq gətiriləcək. Onun sözlərinə görə, AİP bütün siyasi qurumlar kimi prezident seçkisində iştirak etmək niyyətindədir. O bildirib ki, partiyanın bu günə qədər dövlət qeydiyyatına alınmaması qurumun seçkiyə qatılmasına mane olur: “Sonuncu qurultayda da bununla bağlı qərar qəbul olunub. Partiyanın dövlət qeydiyyatına alınıb-alınmaması qurumun seçkidə iştirakı məsələsinə təsir edə bilər”. M. Səmədov partiyanın seçkidə öz namizədi ilə iştirak edib-etməməsinə də münasibət bildirib: “Partiya dövlət qeydiyyatına alınmadığı təqdirdə qurum adından namizədin irəli sürülməsi mümkün olmayacaq. Belə olan təqdirdə siyasi mövqeyi bizimlə üst-üstə düşən namizədin dəstəklənməsi məsələsi ortaya çıxa bilər. Bütün bunlar partiyanın Baş Məclisində müzakirə olunacaq və qərar veriləcək”. AİP sədri onu da deyib ki, partiyanın dövlət qeydiyyatına alınmasında yaranan problemlə bağlı məhkəmə instansiyalarına müraciət etmək nəzərdə tutulmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR