Bank Of Baku

Ann Dersi: “ABŞ Azərbaycana demokratiyanın inkişafı ilə bağlı təkliflər verib”

Ann Dersi: “ABŞ Azərbaycana demokratiyanın inkişafı ilə bağlı təkliflər verib”
# 01 iyul 2008 09:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. O, ABŞ-ın Azərbaycanda demokratiya və insan haqlarına dəstəyini ifadə etdiyini və proseslərlə bağlı təkliflər irəli sürdüyünü bildirib: “Biz bir daha qeyd etdik ki, ABŞ-ın ən fəal tərəfdaşları demokratiyanın inkişaf etdiyi ölkələrdir”. Səfir Azərbaycanın inteqrasiya və inkişaf yolunu seçdiyini, ABŞ-ın da bu yolu dəstəklədiyini bəyan edib. Diplomat KİV azadlığı məsələsi üzərində xüsusi dayanıb: “Azad media olmadan demokratiya ola bilməz. Jurnalistlərə sərbəst fəaliyyət üçün şərait yaradılmalıdır. Onlar yazılarına görə həbs edilməməli və böhtana görə həbsxanaya salınmamalıdır”. Seçkilərə toxunan A. Dersinin sözlərinə görə, azad və ədalətli seçkilər təkcə səsvermədən və səslərin sayılmasından ibarət deyil: “İlk növbədə elə bir atmosfer yaradılmalıdır ki, vətəndaşlar özləri müstəqil seçim edə bilsinlər. Namizədlər mediaya sərbəst çıxış imkanına, insanlar isə sərbəst toplaşmaq hüququna malik olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR