Bank Of Baku

AŞPA prezidenti Luis Mariya de Puç Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb

AŞPA prezidenti Luis Mariya de Puç Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb
# 01 iyul 2008 11:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mariya de Puç Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Parlamentdən APA-ya daxil olan məlumata görə, AŞPA prezidenti görüşdə Azərbaycanda insan haqlarının qorunmasını yüksək qiymətləndirib. O, Azərbaycanla AŞPA arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan nümayəndə heyətinin qurumun sessiyalarına aktiv qatıldığını bildirib. Milli Məclisin sədri Oqtay Əsədov L. M. De Puçun Azərbaycana səfərini yüksək qiymətləndirib. Spiker AŞPA prezidenti ilə Strasburqda və Sankt-Peterburqda keçirdiyi görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb: “Milli Məclis dünyanın müxtəlif beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurası ilə uğurlu əməkdaşlıq edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR