Bank Of Baku

Arzu Abdullayeva: “AŞPA Azərbaycanda prezident seçkisi ilə bağlı müşahidə missiyasına Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir”

Arzu Abdullayeva: “AŞPA Azərbaycanda prezident seçkisi ilə bağlı müşahidə missiyasına Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir”
# 01 iyul 2008 11:36 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda prezident seçkisi ilə bağlı müşahidə missiyasına qurumun ölkəmiz üzrə həmməruzəçisi Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir. APA-nın xəbərinə görə, bunu jurnalistlərə Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Arzu Abdullayeva bildirib. A. Abdullayeva bu barədə bir neçə gün əvvəl AŞPA sessiyasında çərçivəsində keçirdikləri görüşlərdə məlumat aldıqlarını deyib: “Biz bilirik ki, Monitorinq Komitəsində missiya rəhbərliyinə namizəd kimi Andres Herkelin və Yunanıstandan olan, hamının ermənipərəst deputat kimi tanıdığı Purqulusesin adları hallandırılıb. Məlumatlara görə, yaradılacaq missiyaya Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir”. A. Abdullayeva hüquq müdafiəçilərinin də A. Herkelin namizədliyini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, ilkin olaraq AŞ PA missiyasında 30 nəfərin olması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR