Bank Of Baku

YAP-ın rəsmi saytında Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı sorğu keçirilib

YAP-ın rəsmi saytında Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı sorğu keçirilib
# 01 iyul 2008 11:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı öz rəsmi saytında sorğu keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, “Milli Məclisin seçki qanunvericiliyini təkmilləşdirmək istiqamətində Seçki Məcəlləsinə son əlavə və dəyişiklikləri necə qiymətləndirirsiniz?” sualına sayt istifadəçilərinin 60 faizi müsbət qiymət verib. Respondentlərin 13 faizi əlavə və dəyişikliyi normal qarşıladığını, 12 faizi isə bu dəyişiklərin zərurətdən irəli gəldiyini ifadə edib. 15 faiz isə bu dəyişiklikləri mənfi qarşılayıb. YAP mətbuat xidmətinin sorğunun nəticələrinə yazdığı şərhdə bildirilir ki, cəmiyyətin təxminən 85 faizi bu dəyişikliklərə ümumilikdə loyal yanaşıb və prosesi seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılmış növbəti addım kimi qiymətləndiriblər: “Bu nəticə bir daha göstərdi ki, vətəndaşlar sərbəst şəkildə siyasi iradə nümayiş etdirmək əzmindədir və qarşıdan gələn prezident seçkiləri Azərbaycanda demokratik seçki mədəniyyətinin zənginləşməsinə növbəti töhfə olacaq. Seçki Məcəlləsinə son əlavə və dəyişikliklərə münasibətdə Azərbaycan iqtidarı ilə cəmiyyətin böyük əksəriyyətinin mövqeyi üst-üstə düşür və bu faktor qarşıdan gələn prezident seçkilərində hakimiyyətin namizədinə olan ictimai münasibəti də müəyyən dərəcədə aydınlaşdırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR