Bank Of Baku

BAXCP-nin Seçki Qərargahının tərkibi açıqlanıb

BAXCP-nin Seçki Qərargahının tərkibi açıqlanıb
# 01 iyul 2008 12:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) II Qurultayı tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin Seçki Qərargahının tərkibi açıqlanıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Seçki Qərargahına partiyanın beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli rəhbərlik edəcək. Vaqif Abışov və Telman İbrahimov Seçki Qərargahı sədrinin müavinləri, Telman Siyabov, Cavanşir Həsənli, Arzu Şirinova, Mahir Zeynalov, Zakir Vəliyev və Şahbala Məmmədov isə üzv təyin olunublar.
Seçki Qərargahının sədri Elçin Mirzəbəylinin verdiyi məlumata görə, artıq seçkilərə hazırlıqla bağlı əsas istiqamətlər müəyyənləşdirilib: "BAXCP prezident seçkilərində tamamilə yeni texnologiyalardan istifadə etmək niyyətindədir. Artıq seçki kampaniyasının bütün elementlərini əhatə edən layihə üzərində iş başa çatmaqdadır. Fəaliyyətimizin planlı və dəqiq həyata keçirilməsi üçün seçki prosesinin ayrı-ayrı sahələrini əhatə edəcək işçi qruplarının formalaşdırılmasına başlanılıb".
Elçin Mirzəbəyli yaxın zamanlarda partiyanın bütün rayon təşkilatlarında müvafiq seçki qərargahlarının yaradılması prosesinin başa çatdırılacağını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR