Bank Of Baku

AŞ PA prezidenti Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb

AŞ PA prezidenti Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb
# 01 iyul 2008 14:01 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyasının sədr müavini və partiyanın icra katibi Əli Əhmədov Azərbaycandakı çoxpartiyalı sistem, həyata keçirilən demokratik islahatlar, parlamentdə təmsil olunan siyasi partiyaların demokratikləşmə prosesində iştirakı, Dağlıq Qarabağ problemi, mövcud iqtisadi inkişaf barədə ətraflı məlumat verib. Milli Məclisin AŞ PA ilə sıx əməkdaşlıq etdiyini deyən Ə. Əhmədov bu əməkdaşlığın Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib. AŞ PA sədri Azərbaycanın demokratiya və insan hüquqları sahələrində əldə etdiyi nailiyyətlərin təmsil etdiyi təşkilatda yüksək qiymətləndirildiyini deyib. Qonaq AŞ PA-nın bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb etdiyini bildirib. AŞ PA sədri bu fikirlərini yaxın günlərdə Ermənistana səfəri zamanı da səsləndirəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR