Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik Azərbaycan jurnalistləri ilə vidalaşıb

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik Azərbaycan jurnalistləri ilə vidalaşıb
# 01 iyul 2008 17:11 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi C. Henikin 25 ildir diplomatik xidmətdə olduğunu bildirib: “O, ictimaiyyətlə əlaqələr sahəsində ilk dəfə Azərbaycanda fəaliyyət göstərib. Bu işin öhdəsindən layiqincə gəlidiyindən Dövlət Departamentinin mükafatına layiq görülüb. Conatan Henik Azərbaycanda fəaliyyət göstərdiyi üç il ərzində jurnalistlərlə gözəl peşəkar və şəxsi əlaqələr qurub, aktual mövzular barədə bəyanatlarla çıxış edib. Bundan sonra Dövlət Departamentində daha mühüm vəzifədə çalışacaq. Havay adalarında universitetdə dərs deyəcək, Şərqi Timorda diplomatik missiyada çalışacaq”. C. Henik isə xələfi Terri Devidsonun 3 həftə sonra Azərbaycana gələcəyini deyib. Azərbaycan jurnalistlərinə minnətdarlığını bildirən diplomat icra etdiyi vəzifənin çətin və şərəfli olduğunu söyləyib: “Burada jurnalistlər həm jurnalist peşəkarlığına, həm də siyasi maraqlara xidmət edirlər. Bir əldə iki qarpız tutmaq olmaz. Peşəkar jurnalistika demokratiyanın inkişafı üçün ən yaxşı vasitədir. ABŞ Azərbaycanda mətbuat azadlığını daim dəstəkləyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR