Bank Of Baku

Prezident İlham Əliyev DİN və Daxili Qoşunların əməkdaşlarının aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev DİN və Daxili Qoşunların əməkdaşlarının aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb
# 01 iyul 2008 17:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və ərzaq payı əvəzinə pul kompensasiyasının, mülki işçilərinin aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, DİN-in xüsusi rütbəli əməkdaşlarının aylıq pul təminatı orta hesabla 125 manat, mülki işçilərinin aylıq əmək haqları orta hesabla 30 manat, dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılıb. Sərəncam iyul ayının 1-dən qüvvəyə minir. Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının aylıq pul təminatının və mülki işçilərinin aylıq əmək haqlarının artırılması haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, DİN Daxili Qoşunlarının hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşları orta hesabla 50%, mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 25%, hərbi qulluqçulara ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR