Bank Of Baku

Azərbaycan prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb
# 01 iyul 2008 17:37 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən, DİN Baş İnformasiya Kommunikasiya İdarəsinin rəisi, polis polkovniki Dilqəm Aslanov, DİN Katibliyinin rəisi, polis polkovniki Nazim Əliyev, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis polkovniki Sahib Mirzəyev, Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki Novruz Novruzova polis general-mayoru ali xüsusi rütbəsi verilib. Prezident DİN əməkdaşlarına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, DİN mətbuat xidmətinin rəisi polis polkovniki Sadiq Gözəlov və əməkdaşı Cavid Xaspoladova “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adı verilib. Prezidentin digər sərəncamı ilə DİN-in bir qrup əməkdaşı təltif edilib. Təltif edilənlər arasında polis general-mayoru Həzi Aslanov, polis general-leytenantı Əhməd Əhmədov, polis general-leytenantı Vilayət Eyvazov da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR