Bank Of Baku

AŞ PA prezidenti müxalifət liderləri ilə görüşüb

AŞ PA prezidenti müxalifət liderləri ilə görüşüb
# 02 iyul 2008 08:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puç müxalifət partiyalarının rəhbərləri ilə görüş keçirib. APA-nın məlumatına görə, görüşdə Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, DİP sədri Asim Mollazadə, “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov iştirak ediblər. MBH lideri Lalə Şövkət bildirib ki, görüşdə Azərbaycanda seçkiqabağı şərait, söz azadlığı, mətbuat problemləri, həbsdə olan jurnalistlər, demokratiyanın vəziyyəti ilə bağlı müzakirə aparılıb. Onun sözlərinə görə, müxalifət liderləri AŞ PA prezidentinin diqqətinə çatdırıblar ki, Azərbaycan quruma daxil olandan sonra demokratiya sahəsində geriləmə olub. L. Şövkət görüşdə “Azadlıq” blokunun seçkiləri boykot edəcəyi faktının Luis Maria de Puçun diqqətinə çatdırıldığını vurğulayıb. MBH lideri bundan sonrakı mərhələdə müsbət istiqamətdə hər hansı dəyişikliyin olacağına və AŞ PA qətnaməsinin yerinə yetiriləcəyinə inanmadığını deyib. Müsavat başqanı İsa Qəmbər isə bildirib ki, Luis Maria de Puç ölkəmizə AŞ PA-nın Azərbaycandakı vəziyyətə dair son qətnaməsi ilə bağlı səfər etdiyini deyib: “O, qətnamədə irəli sürülmüş məsələləri hakimiyyətlə müzakirə edəcəyini və iqtidarı bu tələbləri yerinə yetirməyə çağıracaqlarını bildirdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR