Bank Of Baku

Azərbaycanın “Təhsil haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq

Azərbaycanın “Təhsil haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq
# 02 iyul 2008 08:42 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib. Komissiya sədri qanun layihəsinin müzakirəsinin təxirə salınmasını vaxt çatışmazlığı ilə əlaqələndirib. Onun sözlərinə görə, qanun layihəsi ikinci oxunuşda təqdimata tam hazır olsa da, parlamentin yaz sessiyasının iş qrafikinin gərgin olması qanunun müzakirəyə çıxarılmasına mane olub: “Sənəd ən azı iki iclas günü müzakirə olunmalıdır. İş qrafiki gərgin olduğundan qanun layihəsinin müzakirəsinə vaxt qalmadı”. Ş. Hacıyev sənədin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağını bildirib. Komissiya sədri birinci oxunuşdan sonra qanun layihəsinin təxminən on maddəsində mahiyyət dəyişikliyi edildiyini deyib: “Redaktə xarakterli dəyişikliklər isə çoxdur. Qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı heç bir problem görmürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR