Bank Of Baku

AŞ PA prezidenti Azərbaycanın hüquq müdafiəçiləri ilə görüşüb

AŞ PA prezidenti Azərbaycanın hüquq müdafiəçiləri ilə görüşüb
# 02 iyul 2008 09:43 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puç bu gün hüquq müdafiəçiləri Arzu Abdullayeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Leyla Yunus, Elçin Behbudov və vəkil Rəşid Hacılı ilə görüşüb. Novella Cəfəroğlu APA-ya bildirib ki, görüşdə Azərbaycanda insan haqlarının, söz, sərbəst toplaşmaq azadlıqlarının durumu, həbsdə olan jurnalistlər və siyasi məhbus problemi ilə bağlı müzakirələr aparılıb. N. Cəfəroğlunun sözlərinə görə, hüquq müdafiəçiləri AŞ PA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin yerinə yetirilməsi mexanizmlərin hazırlanması barədə Luis Maria de Puç qarşısında məsələ qaldırıblar. AŞ PA prezidenti isə Azərbaycana səfəri zamanı hökumət nümayəndələri ilə qətnamənin yerinə yetirilməsinə dair müzakirələr apardığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR