Bank Of Baku

Luis Maria de Puç: “Azərbaycanla bağlı qətnamədən neft iyi gəldiyini düşünənlərin Avropa Şurası barədə təsəvvürləri yoxdur”

Luis Maria de Puç: “Azərbaycanla bağlı qətnamədən neft iyi gəldiyini düşünənlərin Avropa Şurası barədə təsəvvürləri yoxdur”
# 02 iyul 2008 10:39 (UTC +04:00)
O, AŞ PA-nın Azərbaycanla bağlı son qətnaməsində qurumun ölkə qarışısnda qoyduğu tələblərin dəqiq əks olunduğunu bildirib: “Qətnamədə həmçinin bu seçkilərin demokratik standartlara tam uyğun gəlməsinə dair də tələb öz əksini tapıb”. Jurnalistlərin “Avropa Şurasının bəyanatlarından neft iyi gəlmirmi” sualını cavablandıran Luis Maria de Puç bu fikirlər razı olmadığını bildirib: “Azərbaycan bağlı qətnaməmizdən neft iyi gəldiyini düşünənlərin Avropa Şurasının necə bir qurum olduğu barədə təsəvvürləri yoxdur. Düzdür, Azərbaycanın neft və qaz resursları ilə maraqlanan bəzi ölkələr var, eyni zamanda ölkənizin mühüm strateji məkanda yerləşdiyini də anlayıram. Amma Avropa Şurası bu qətnaməni hansısa iqtisadi maraqları nəzərə alaraq, deyil, demokratik əsaslara söykənərək qəbul edib. Əgər qətnamə neft faktoruna söykənsəydi, bu sənəddə insan hüquqları, medianın durumu və başqa məsələlər yer almazdı. Avropa Şurası konkret təşkilatdır. Azərbaycan Avropa Şurası qarşısında demokratikləşmə, insan haqlarının qorunması və başqa məsələlərlə bağlı öhdəlikləri yerinə yetirməlidir. Düşünürəm ki, Azərbaycana səfərim izsiz ötüşməyəcək. Hökumət nümayəndələri ilə görüşlərimdən sonra bu qənaətə gəldim ki, dediyim sahələrlə bağlı müsbət nəticələr əldə edəcəyik”. Medianın mövcud durumuna toxunana Luis Maria de Puç bildirib ki, Avropa Şurası jurnalistlərin həbsdə olmasını yolverilməz hesab edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR