Bank Of Baku

AXCP sədrinin müavini Müsavat Partiyasını avantürizmdə ittiham edib

AXCP sədrinin müavini Müsavat Partiyasını avantürizmdə ittiham edib
# 02 iyul 2008 11:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Hesab etmirəm ki, “Azadlıq” blokunda təmsil olunan şəxslər Müsavatın avantürist ideyasına şərik olacaqlar. Müsavatçıların blokun elektoratını öz tərəflərinə çəkmək cəhdi tamamilə qeyri-ciddi yanaşmadır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli Müsavat Partiyası təmsilçilərinin seçkilər zamanı “Azadlıq” blokunun tərəfdarlarını İsa Qəmbəri dəstəkləməyə çağıracaqları ilə bağlı fikirlərə münasibət bildirərkən deyib. N. Məmmədlinin sözlərinə görə, bu gün boykot qərarı ictimai fikirdə oturuşub və nəinki “Azadlıq” blokunun üzvləri, daha geniş spektr bu ideyanı dəstəkləyir: “Müsavat hazırda bütün vasitələrlə özünü seçki tərəfdarı kimi göstərməklə bu ideyanı imitasiya vasitəsinə çevirir. Amma bunun perspektivi yoxdur. Çünki Azərbaycan cəmiyyəti onsuz da bu imitasiyalardan təngə gəlib. Ona görə də Müsavat sadəcə seçkidə iştirakına haqq qazandırmaq üçün bu qeyri-sağlam ideyaya əhalinin mümkün qədər geniş hissəsini cəlb etməyə çalışır”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə belə müraciətin edilməsində hər hansı avantüra və qeyri-ciddiliyin olmadığını düşünür: “Seçkidə iştirak edən hər hansı tərəf bütün elektorata müraciətlər edir. İsa Qəmbər prezident olacaqsa, yalnız müsavatçıların prezidenti olmayacaq. Bu baxımdan siyasi partiyalara müraciət edilməsi normal haldır. Biz seçki ərəfəsində hətta sıravi YAP-çılara da müraciətlər edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR